AZ

Nəsimi rayonunda aprel ayında səyyar qəbullar keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarının icrası istiqamətində tədbirlər davam etdirilir, vətəndaşların qaldırdıqları məsələlərin həlli daim diqqət mərkəzində saxlanılır.
Rayon ərazisində təsdiq olunmuş qrafik üzrə Sahə inzibati ərazi dairələri üzrə ünvanlarda RİH başçısı Asif Əsgərov tərəfindən 2024-cü ilin aprel ayında səyyar qəbullar və yerlərdə görüşlər keçirilmişdir. Keçirilən səyyar qəbul və görüşlərdə 500-dən çox sakinin iştirakı ilə 40-dan çox müraciət dinlənilmişdir.
Vətəndaşların müraciətləri əsasən, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin və köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, binaların, xüsusilə fasadların təmir olunması, mənzil növbəsinə götürülmə, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya və su xətlərinin, liftin təmiri, küçə və həyətlərin işıqlandırılması, həyətlərdə mühafizə kameralarının və quraşdırılması, iş ilə təmin, ağacların budanması və ya götürülməsi, həyətdə avtomobillər üçün dayanacaq sahəsinin təşkili və s. məsələlərlə bağlı olmuşdur.
Qaldırılan məslələrin həlli ilə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izah verilərək aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülmüşdür.
Qəbullar və görüşlər zamanı Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilmiş, rayon ərazisində görülən işlər, xüsusilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilmişdir.
Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, təklif və rəylərin verilməsi imkanının olduğu sakinlərin diqqətinə çatdırılmışdır.

image-1 image-2 image-3 image-4

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
15673
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15450
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15238
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13065
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11627
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9315
"Zaur, yenə çaşdın..." - VİDEO
7758
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5919
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5659
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4869
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4740
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4342
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4150
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3964
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3190
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3176
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2926
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2922
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2762