AZ

“İnter” 20-ci çempionluğunu 100 min azarkeşlə qeyd edib

Bakı, 29 aprel, AZƏRTAC

İtaliya A Seriyasında 2023/2024 mövsümünün qalibi olan “İnter” ötən gün “Torino” ilə görüşdən sonra Milan şəhərində azarkeşləri ilə birlikdə çempionluğu qeyd edib.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə komanda üçün “Cüzeppe Meatsa” stadionundan şəhər mərkəzinə kimi avtobusla tur təşkil olunub. Tədbirə klubun 100 min azarkeşi qatılıb.

“İnter” XXXIII turda "Milan"ı 2:1 hesabı ilə məğlub edərək vaxtından əvvəl qızıl medalları təmin edib. Bununla da 20-ci dəfə A Seriyasının qalibi olan Simone İnzaginin komandası ikinci ulduzu formasının üzərinə taxıb.

Qeyd edək ki, “İnter” ilk dəfə 1910-cu ildə İtaliya çempionu olub.

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla