AZ

Nazim Bəydəmirlinin məhkəməsi başlayıb

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəməsi başlayıb.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra çıxış edən dövlət ittihamçısı Eldar Məmmədov cinayət işinin məhkəmə baxışına təyin edilməsini təklif edib.

Təqsirləndirilən şəxsin vəkili Aqil Layıc vəsatət qaldıraraq cinayət işinə xitam verilməsi və müvəkkili barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini məhkəmədən istəyib.

Çıxış edən N.Bəydəmirli siyasi məhbus olmadığını və siyasi fəaliyyətinə görə həbs olunmadığını bildirib: "İstəmirəm ki, mənim adımdan müəyyən qruplar istifadə eləsin. Mən iqtidar və müxalifətə eyni məsafədə olan adamam. Heç bir siyasi mənsubiyyətim yoxdur. Beş gün sonra 61 yaşım olur. Həbsimdən sonra səhhətimdə problemlər yaranıb. Bu iş baxılmalı iş deyil, əgər baxırsınızsa, orda göstərilənlərin bir-bir araşdırılmasını istəyirəm".

Qısa müşavirədən sonra məhkəmə hər iki vəsatəti təmin etməyib. Eyni zamanda prosesin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin ilk baxış iclası mayın 13-nə təyin edilib.

Qeyd edək ki, eks deputat 2023-cü ilin iyulunda həbs olunub.

İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bildirib ki, ötən il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını deyib.

N.Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
50
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16264
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15930
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15515
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13474
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12191
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9595
"Zaur, yenə çaşdın..." - VİDEO
7898
Minimum əmək haqqı nə qədər arta bilər?
6047
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6038
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5192
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5119
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4459
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4248
Çingiz Mustafayevin toyudur - FOTOLAR
4172
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4126
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3257
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3255
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3022
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2968