AZ

“Emin Mahmudovun komandanı arxasınca aparacaq gücü yoxdu” – Mahir Şükürov

Ötən mövsüm bombardirlik uğrunda mübarizə aparan “Neftçi”ninkapitanı Emin Mahmudov bu mövsüm əvvəlki formasından çox uzaqdı.

Ötən mövsüm 36 oyunda 17 qol vuran futbolçu bu mövsüm 31 oyunda hamısı penaltidən olmaqla cəmi 3 qol vurub. Bəs Emin Mahmudov nə dərəcədə yaxşı kapitan, yaxşı liderdi? Komandanın yükünü çiynində daşıya bilirmi? “Football-plus.az” bu sualları “Neftçi”nin sabiq kapitanı Mahir Şükürova ünvanladı:

“Emindəyaş öz sözünüdeyir. Bundan sonra komandanı arxasınca aparacaq gücü yoxdu. Emin 25 futbolçudan biri kimi oynayır. Klubda lider yoxdu. Klubda futboldan başqa nə istəsən, var. “Neftçi”nin rəhbərindən istəyərəm ki,bütün hamını işdən azad etsin. Futbolu bilən, “Neftçi”də oynayan, tarix yazan yeni nəsil futbolçuları yığıb klubu keçmişinə qaytarsın”.

ƏSƏD SEYİDOV
Seçilən
29
Mənbələr
Şərh ()
Bağla