AZ

Bakıda yeni park salınacaq

Yaxın gələcəkdə Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov və Sergey Senyuşkin küçələrindəki fərdi yaşayış evlərinin köçürülməsi və ərazidə park salınması nəzərdə tutulur.

Bu barədə APA-ya Xətai rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar müvafiq qurumların nümayəndələri sakinlərlə görüşlər keçiriblər, hazırda ölçmə işləri aparılır.

Xatırladaq ki, qeyd olunan ərazi Sevgim parkının yaxınlığındadır.

Seçilən
15
42
Mənbələr
Şərh ()
Bağla