AZ

"İnter" 100 min azarkeşi ilə çempionluğu bayram etdi - Şəkillər, Video

style='margin-bottom:10px;'>

Cari mövsüm A seriyasında çempionluğu rəsmiləşdirən "İnter" bu uğurunu Milanda azarkeşləri ilə birlikdə qeyd edib.

QOL.az xəbər verir ki, İtaliya klubu ötən gecə 34-cü turda "Torino" ilə matçdan sonra çempionluq turu təşkil edib. Komandanın futbolçularını və texniki heyətini daşıyan iki üstüaçıq avtobus mühafizəçilərin müşaiyəti ilə "Cüzeppe Meeazza Stadionu"ndan şəhərin mərkəzindəki Duomo kafedralınadək hərəkət edib. 

"İnter"in Türkiyə millisinin üzvü olan futbolçusu Hakan Çalhanoğlu çempionluq turuna Türkiyə bayrağı ilə qatılıb. 

Avtobuslar "Cüzeppe Meeazza Stadionu"ndan Duomo kafedralınadək məsafəni 9 saata qət ediblər. Komanda Duomo meydanında fişəng və məşəllərlə qarşılanıb. 

İtaliya mətbuatında yer alan xəbərlərə görə, çempionluq turuna 100 min nəfər insan qatılıb. 

Qeyd edək ki, "İnter"in A seriyası kubokunu cari mövsümdə öz meydanında oynayacağı son çempionat matçından  -  "Latsio" ilə görüşdən sonra alacağı gözlənlir. 

Bu, "İnter"in tarixində 20-ci A seriyası çempionluğudur.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla