AZ

Azərbaycan güləş millisinin lisenziya turniri üçün heyəti açıqlanıb

Azərbaycan güləş millisinin mayın 9-12-də keçiriləcək Dünya Olimpiya Təsnifat Turniri üçün heyəti bəlli olub.

İdman.biz xəbər verir ki, bunu Dünya Güləş Birliyinin mətbuat xidməti açıqlayıb.

Millimiz İstanbula 9 güləşçi ilə yollanacaq. Yunan-Roma yığmamızda Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) Paris-2024-ə vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.

Qadın millimizin 5 güləşçisi də Türkiyədə xalça üzərinə çıxacaq. Mariya Stadnik (50 kq), Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) lisenziya üçün yarışacaqlar.

Qeyd edək ki, yığmamız sərbəst güləşdə bütün çəkilərdə, yunan-Roma güləşində iki kateqoriyada lisenziya qazanıb.

İdman.biz

Seçilən
68
4
Mənbələr
Şərh ()
Bağla