AZ

Sakarya qaz yatağında gündəlik 4,5 milyon kubmetr qaz hasil edilib

Sakarya

İstanbul, 29 aprel, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Sakarya qaz yatağında gündəlik 4,5 milyon kubmetr qaz hasil edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İstanbulda keçirilən “Türkiyə əsrinə enerji və təbii sərvətlər prizmasından baxış” proqramında çıxışı zamanı açıqlayıb.

Nazir hasil edilən bu miqdarla 1,8 milyon mənzilin qaz ehtiyacının ödənəcəyini deyib.

Qeyd edək ki, Sakarya qaz yatağının 2026-cı ildə zirvə hasilatına çatacağı gözlənilir.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla