AZ

Bakıda Birinci Beynəlxalq Opera festivalının ikinci günü başa çatıb

Bakı, 29 aprel, AZƏRTAC

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Gənc opera ulduzları” adlı konsert təşkil olunub. Tədbir Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera festivalının ikinci günündə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının tələbələri, eləcə də Fidan Hacıyeva Vokal Musiqi məktəbinin şagirdləri və dirijor Cavanşir Cəfərovun rəhbərliyi ilə “MEZZO” kamera orkestri çıxış edib.

Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik əsərləri ifa olunub.

Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın təşəbbüsü ilə təşkil olunan Birinci Beynəlxalq Opera festivalı mayın 3-dək davam edəcək.

Seçilən
14
1
Mənbələr
Şərh ()
Bağla