AZ

“Borussiya” – PSJ matçının hakimləri

Çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək “Borussiya” (Dortmund) – PSJ oyununun hakimləri bəlli olub.

Msport.az xəbər verir ki, görüşü ingiltərəli Antoni Teylor idarə edəcək. Qeri Besvik və Adam Nann britaniyalı referiyə kömək edəcəklər. Dördüncü hakim isə norveçli Espen Eskosdur.

Xatırladaq ki, Almaniya və Fransa təmsilçiləri arasında ilk görüş mayın 1-də Dortmunddakı stadionda keçiriləcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. Cavab görüşü gələn həftə Parisdə baş tutacaq.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla