AZ

Deputatın çıxışı qalmaqala səbəb oldu: "Başkəndi ermənilərə qaytarmalıyıq"

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun İTV-nin efirində Başkəndlə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. O, anklavların dəyişdirilməsi təklifi ilə çıxış edib.

 

“İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkənd Azərbaycan ərazisindən yol almalıdır, Azərbaycan eksklavlara isə Ermənistan ərazisindən... Bu yenə də təkrar deyirəm qarşılıqlı, hansısa bir mübadilə, ya da güzəşt tələb edən məsələdir. Yol verildiyi halda həmin o yolun qazı, suyu, işığı çəkilməli, mühafizəsi təmin edilməlidir. Bu da asan məsələ deyil. Mübadilə mənə daha əlverişli görünür”, - o bildirib.

 

Qeyd edək ki, deputatın çıxışına Azərbaycanla yanaşı erməni mətbuatında da geniş yer verilib. Sosial şəbəkələrdə və mətbuatda deputatın sözləri sərt tənqidlərə məruz qalıb.

 

Modern.az məsələ ilə bağlı Rasim Musabəyovla əlaqə saxlayıb. 

 

O, saytımıza açıqlamasında fikirlərini belə izah edib:

 

"Başkəndin Azərbaycanın Ermənistandakı anklavları ilə müqayisədə əhəmiyyəti aşağıdır. Başkəndin yalnız  lokal əhəmiyyəti var. Gədəbəy kəndləri, gediş-gəlişi  Başkənddən də keçir. Yuxarı Əskiparanın və Kərkinin isə Ermənistan üçün strateji əhəmiyyəti var. Kərki İrəvanla İran yolunu nəzarətdə saxlayıb. Yuxarı Əskipara Gürcüstanla strateji xətti keçir. Mənim sözüm ondan ibarətdir ki, hansısa mübadilə olduğu halda təkcə ərazini yox,eyni zamanda həmin ərazilərin strateji əhəmiyyəti nəzərə alınmalıdır.  Bu baxımdan bizim Ermənistanın nəzarətində olan ərazilərimizin strateji əhəmiyyəti Başkənddən daha yüksəkdir. Bunu kimsə anlamırsa, “qanmırsa” hansısa şəkildə yozursa, özü bilər. 

 

Cənab Prezident səsləndirmişdi ki, Azərbaycanın eksklavları qaytarılmalıdır. Bu, o deməkdir ki, Başkəndi ermənilərə qaytarmalıyıq",- deputat əlavə edib.

 

Qeyd edək ki, ermənilərin "Artsvaşen" adlandırdığı Başkənd 1992-ci ilin 6–8 avqust tarixlərində həyata keçirilən əməliyyat nəticəsində ərazi Azərbaycanın nəzarəti altına keçib.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla