AZ

“Xalq Həyat“ ölüm halına görə müştərisinin banka olan - 120 550 MANAT İPOTEKA KREDİTİ BORCUNU BAĞLADI

Azərbaycanın həyat sığortası bazarının aparıcı şirkətlərindən olan “Xalq Həyat Sığorta” Şirkəti ASC cari ilin mart ayında həyata keçirdiyi ən iri sığorta ödənişi məbləğini açıqlayıb.

Şirkətdən FED.az saytına verilən məlumata görə, ipoteka götürən şəxsin həyat sığortası növü üzrə ölüm halına görə 120 550 manat həcmində sığorta ödənişi edilib.

Ödəniş faydalan şəxs kimi vəfat etmiş şəxsin varisinə köçürülüb.

Qeyd edək ki, 27 mart 2019-cu ildən 5 illik lisenziya əsasında fəaliyyə başlayan “Xalq Həyat” sığorta şirkəti bazara ən sərfəli şərtlərlə könüllü sığorta məhsulları təqdim edən həyat sığortası şirkətidir.

Şirkət korporativ müştərilərlə yanaşı fərdi müştərilərə bazar şərtlərinə uyğun şəkildə sərfəli sığorta məhsulları, o cümlədən “Kredit götürən şəxslərin həyat sığortası”, “Həyatın yaşam sığortası”, “Sağalmaz xəstəliklərdən sığorta”, “Fərdi həyat sığortası”, “Qrup halında sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növlərini təklif edir.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla