AZ

Naxçıvandakı partlayışla bağlı YENİ DETALLAR

Dünən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində iki nəfər həlak olub.

Day.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, baş vermiş hadisə onu göstərir ki, mina və partlamamış sursatlara tək işğaldan azad edilmiş ərazilərimizdə deyil, Ermənistanla sərhəd olan ərazilərimizdə də rast gəlinir.

"Naxçıvanda həlak olan vətəndaşlarımız Birinci Qarabağ Müharibəsindən qalan partlamamış sursatların qurbanı olub. Bizim təşkilat ötən il Naxçıvan Muxtar Respublikası ərazisində mina və partlamamış hərbi sursatlara dair monitorinq keçirdi. Monitorinqlər Ermənistan və İranla həmsərhəd bölgələrdə aparıldı.

Monitorinqlər zamanı müəyyən olundu ki, Ermənistanla sərhəddə minalar və partlamamış sursatlar var. İran və Türkiyə ilə sərhəddə isə bu təhlükələr yoxdur. Cəbhəyanı ərazilərdə görüşlər keçirdik, maarifləndirmə işləri apardıq. Naxçıvanda axırıncı mina partlayışı hadisəsi 2021-ci il Şərur rayonunda baş verib".

H.Səfixanov bildirib ki, düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, ərazilərin minalanması zamanı heç bir standart, norma gözləməyib və əraziləri çox ciddi şəkildə minalayıb.

"Azad edilmiş ərazilərdə yaşayan, quruculuq işlərində iştirak edən şəxsləri ərazilərdə ehtiyatlı olmağa, müəyyən olunmuş, təmizlənmiş yollardan istifadə etməyə, xüsusi işarələnmiş zolaqlardan çıxmamağa çağırırıq. Bundan başqa, ərazilərə qeyri-qanuni yollarla da ərazilərə keçmək istəyənlər olur. Bununla onlar öz həyatlarını təhlükəyə atırlar. Vətəndaşlar mina və partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar gördükdə mütləq müvafiq orqanlara müraciət etsinlər", - deyə o qeyd edib.

Qeyd edək ki, 2020-ci il 10 noyabrdan - 27 aprel 2024-cü ilə qədər 356 nəfər minadan zərər çəkib. Onlardan 65 nəfər həlak olub, 291 nəfəri xəsarət alıb.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
15429
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15304
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15131
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12833
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11467
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9172
"Zaur, yenə çaşdın..." - VİDEO
7730
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5877
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5436
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4729
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4648
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4247
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4112
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3908
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3169
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3146
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2903
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2903
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2751