- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin Yaxın Şərqə səfəri başlayıb. O, Səudiyyə Ərəbistanına gedib.
NOCOMMENT.az xəbər verir ki, dövlət katibi Ər-Riyadda ölkənin ali rəhbərliyinin nümayəndələri ilə görüşəcək, həmçinin beş ərəb dövləti – Misir, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından olan həmkarları ilə məsləhətləşmələr aparacaq.
Onlar Qəzza sektorunun müharibədən sonrakı gələcəyini müzakirə edəcəklər. ABŞ-ın dövlət katibi daha sonra İordaniya və İsrailə gedəcək.
Blinken Benyamin Netanyahu ilə görüşündə Qəzza sektorunda humanitar vəziyyətin yaxşılaşdırılması üçün növbəti addımları müzakirə edəcək.