AZ

Yunanıstanın qorxusu: Türkiyəni dayandırmaq üçün rekord büdcə ayırdılar

Yunanıstanın müdafiə naziri Nikos Dendias Türk İHA və PUA-larının qarşısını almaq üçün zenit və pilotsuz uçuş aparatlarının yaradılması lazım olduğunu və bu proqram üçün 2 milyard avro ayrıldığını açıqlayıb.

Publika.az xəbər verir ki, Türkiyənin müdafiə sənayesindəki irəliləyişləri və lokallaşma hərəkətləri qonşu Yunanıstanın da diqqətini çəkməyə davam edir. Dendias Salonikidə keçirilən “Beyond 2024” sərgisindəki çıxışında Türkiyənin gəmi və pilotsuz təyyarə proqramlarına diqqət çəkib:

"Məsələn, qonşumuz Türkiyənin gəmiqayırma, pilotsuz təyyarə proqramına baxın. Onlara məntiqli cavab vermək lazımdır. Kimin birinci olacağını görmək üçün bir yarışamaya girməli olduğumuzu demirəm. Özümüzü müdafiə etmək istəyirik. Biz də çəkindirici gücə sahib olmaq istəyirik”.

Nazir bunun Yunanıstan Silahlı Qüvvələrində indiyə qədər həyata keçirilən ən böyük islahat olduğunu vurğulayıb.

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla