AZ

ABŞ-də 101 yaşlı qadın təyyarədə körpə kimi qeydə alındı

ABŞ-də 101 yaşlı qadın hava yolu şirkətinin sistemində yaranan problemə görə 2 yaşlı körpə kimi təyyarədə qeydiyyata alınıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, BBC-də yayımlanan xəbərdə 101 yaşlı təqaüdçü tibb bacısı Patrisianın ailəsi Miçinqana səfəri zamanı təyyarə biletinin yanlış verilmiş olması və buna görə də problem yaşadığı bildirilib. 

Eyni vəziyyəti iki dəfə yaşadığını ifadə edən qadın deyib:

\"Yaşlı bir qadın olsam da, mənim körpə olduğumu düşünmələri olduqca gülməlidir”.

Səhhətində yaranan problemlərə görə, qızı ilə səyahətə çıxdığını deyən Patrisiya proqramdakı problemin ən qısa zamanda aradan qaldırılacağına ümid etdiyini bildirib.

Gülay
Seçilən
34
1
Mənbələr
Şərh ()
Bağla