AZ

"Yaşıl" sukuk iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsindəki böyük boşluğu doldurmağa kömək edəcək - ICMA-nın icraçı direktoru

Ər-Riyad. Trend:

"Yaşıl" sukukdan istifadə miqyasının genişləndirilməsi iqlimdəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsindəki böyük boşluğudoldurmağa kömək edəcək.

Trend xəbərverir ki, bu barədə Beynəlxalq Kapital Bazarları Assosiasiyasının(ICMA) icraçı direktoru Brayan Pasko İİB Qrupunun Ər-Riyaddakeçirilən illik müşavirələri çərçivəsində keçirilən "yaşıl" vədayanıqlı sukuk vasitəsilə iqlim maliyyələşdirilməsininsürətləndirilməsi üzrə panel müzakirəsində çıxışında deyib.

Sukuk şəriət ölkələrində yayılmış və istiqrazların bir növislami ekvivalenti olan maliyyə sənədidir.

"Son illərdə dayanıqlı istiqrazlar, əsasən, "yaşıl" istiqrazlarParis Sazişinin məqsədlərinin maliyyələşdirilməsi üçün daha vacibvasitələrdən birinə çevrilib. "Yaşıl" və dayanıqlı sukuk tətbiqininmiqyasının genişləndirilməsi iqlim dəyişikliyi ilə mübarizəninmaliyyələşdirilməsindəki böyük boşluğu doldurmaq, "yaşıl" yerlikapital bazarının inkişafını dəstəkləmək, eləcə də, digər ekolojivə sosial problemləri həll etmək üçün özəl və dövlət sektorlarınınmaliyyə cəlb etməsinə daha çox kömək edəcək", - o deyib.

B.Pasko qeyd edib ki, bu gün dayanıqlı sukuk üzrə rəhbərprinsiplərin işə salınması dayanıqlı və islami maliyyələşdirməninmühüm artım seqmentlərində beynəlxalq səviyyədə razılaşdırılmışstandartların müəyyən edilməsi və dəstəklənməsində daha bir vacibaddımdır.

"Biz bu mühüm rəhbər prinsiplərin hazırlanmasında İİB və LondonFond Birjası qrupu ilə əməkdaşlıq imkanlarına çox şadıq. Bazariştirakçıları və digər maraqlı tərəflərlə gələcək qarşılıqlıfəaliyyəti səbirsizliklə gözləyir və ümid edirik bu gün dərcolunmuş praktik prinsiplər sıfır tullantı yolumuzunmaliyyələşdirilməsi üçün daha bir katalizator ola bilər", - deyə oəlavə edib.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (SəudiyyəƏrəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə ƏrəbistanınınKralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslamİnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyikeçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu "Keçmişə dəyərverərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik vətərəqqi"dir. Bu görüşlər Bankın üzv ölkələrdə sosial-iqtisadiinkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini əksetdirir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrininiştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsiplanlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcıçoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalqvə regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlərhökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm vəvətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakıilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma vəmaliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyəinstitutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq vəregional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənayepalataları və biznes şuralarının nümayəndələri iştirak edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
22
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
15633
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15397
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15230
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13026
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11603
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9296
"Zaur, yenə çaşdın..." - VİDEO
7758
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5909
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5635
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4828
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4716
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4329
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4134
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3960
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3188
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3171
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2919
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2915
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2754