AZ

İkitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir

“Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli əlaqələri yüksələn xətlə inkişaf edir. Türk dünyasının birliyi, Avropa ölkələri ilə əməkdaşlıq, yeni istiqamətlərin müəyyənləşdirilməsi prioritet məsələlər sırasındadır. Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğızıstan ilə münasibətlərə böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu günlərdə Qırğızıstan Prezidenti Sadır Japarov ölkəmizdə rəsmi səfərdə oldu. Səfər çərçivəsində Prezidentlərin məhdud və geniş tərkibdə keçirilən görüşlərində müzakirə edilən məsələlər, imzalanan sənədlər, mətbuata birgə bəyanatları bir daha  münasibətlərimizin dünəninə və bu gününə, bu fonda müəyyənləşdirilən perspektivlərə işıq saldı. Səfər çərçivəsində ümumilikdə 18 sənəd imzalandı. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında “Münasibətlərimizin gələcək inkişafını əhəmiyyətli dərəcədə müəyyən edəcək sənədləri imzaladıq. Onların hər biri böyük əhəmiyyətə malikdir” söyləyərək onu da əlavə etdi ki, qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. Bu səfər və onun nəticələri qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək. Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb.  Cənab İlham Əliyev diqqəti son üç ildə reallaşdırılan səfərlərə yönəltdi. Qeyd edək ki, bu il Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Türk dünyasının birliyinin növbəti təqdimatı olan bu Zirvə görüşündə belə təmaslar üçün imkanlar yaranacaq. Həmçinin dövlətimizin başçısı qardaş Qırğızıstanın Prezidenti Sadır Japarovu noyabr ayında ölkəmizdə keçiriləcək  COP29 beynəlxalq konfransında iştiraka dəvət etdi. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətlidir, dəyərlidir.”

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, türk dünyasının birliyi hazırda işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində də  özünün aydın ifadəsini tapır: “Bu ilin martında qardaş qazax xalqının Azərbaycan xalqına hədiyyəsinin təqdimatı oldu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak etdilər. Cənab İlham Əliyev açılış mərasimində belə bir əminliyi ifadə etdi ki, bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq. Ötən ilin avqust ayında isə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdilər. Bu addımların davamı olaraq Qırğızıstan Prezidenti Sadır Japarov ölkəmizə dövlət səfəri çərçivəsində cənab İlham Əliyev ilə birgə Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin  təməlqoyma mərasimində iştirak etdilər. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisidir. Bütün bu addımlar dostluğun, qardaşlığın nümunəsi olmaqla, dünyaya türk birliyinin, həmrəyliyinin təqdimatıdır. Qardaş Türkiyənin də işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinə töhfələri davamlıdır. Dünya 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı andan bu günədək qardaş Türkiyənin Azərbaycana dəstəyinin, Azərbaycan-Türkiyə birliyinin şahidinə çevrilir.”

Millət vəkili dövlətimizin başçısı İlham Əliyevin Almaniyaya işgüzar səfərindən də bəhs edib: “Bildirib ki, səfər çərçivəsində iki ölkənin ikitərəfli əlaqələrinin hazırkı inkişaf səviyyəsinə diqqət yönəldildi. Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Prezident İlham Əliyevin aprelin 26-da Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı dövlətimizin başçısının həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri keçirildi. Həmçinin Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi. Reallıq budur ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolunu yüksək qiymətləndirir. Prezident İlham Əliyevin və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun birgə mətbuat konfransında günümüzün aktual məsələsi olan yaşıl enerji və hidrogen enerjisi sahələrində əməkdaşlığa xüsusi diqqət göstərildi. Almaniya Kansleri bildirdi ki, bunun üçün regionda böyük potensial mövcuddur və alman şirkətləri Azərbaycanda əməkdaşlıq etməyə maraqlıdırlar. Cənab İlham Əliyev, həmçinin  diqqəti  regionda dayanıqlı  sülhün və təhlükəsizliyin yaradılması üçün Azərbaycanın göstərdiyi səylərdən bəhs edərək bildirdi ki,  sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə əməkdaşlıq etməyə hazırıq. Almaniyanın bu sahədəki dəstəyini xüsusilə qiymətləndiririk.”

Malik Həsənov vurğulayıb ki, təkcə iki səfərin timsalında Azərbaycanın ikitərəfli əməkdaşlığa böyük önəm verdiyini görürük. Tərəflər münasibətlərin uğurlu inkişafı üçün bütün zəruri addımların atılmasında maraqlıdırlar. Bu, ilk növbədə Azərbaycana inamın, etimadın göstəricisidir.

Seçilən
12
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3625
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3497
Bu yol qovşağında təmir işləri aparılacaq
2985
Bakıda hoteldə yanğın başlayıb
2564
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1634
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1548
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1481
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1369
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1191
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1188
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1185
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1008
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
995
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
903
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
880
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
872
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
837
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
814
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
794
Sabah 5 kəndin qazı kəsiləcək
754