AZ

Yarımfinalçılar bəlli olub - FOTO

Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi, AFFA və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 8 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları mübarizə aparır.

1/4 final mərhələsinin ilk günündə "Günəşli" və "Şağan" komandaları üz-üzə gəlib. Komandalar arasında baş tutan görüş "Günəşli"nin qalibiyyəti ilə yekunlaşıb - 3:0. Növbəti oyunda "Qaraçuxur" "Mərdəkan"a 2:5 hesabı ilə uduzub.

Yarışın ikinci günündə 1/4 final mərhələsinin növbəti oyunları keçirilib. "Zabrat" və "Biləcəri" arasında baş tutan görüşdə "Biləcəri" qalib olub - 1:0. "Sabunçu" isə "Aşağı Güzdək" komandasına 1:3 hesabı ilə məğlub olub.

Qalib komandalar mübarizəni yarımfinalda davam etdirəcəklər.

İdman.biz

Seçilən
48
1
Mənbələr
Şərh ()
Bağla