AZ

Qırğızıstandan daşınan yüklər Azərbaycan vasitəsilə Avropaya çatdırıla bilər - İnkişaf Fondunun həmsədri

Bişkek. Trend:

Qırğızıstandan daşınan yüklər Azərbaycan vasitəsilə Avropayaçatdırıla bilər.

Trend xəbərverir ki, bu barədə qırğız KİV-ə Azərbaycan-Qırğızıstan İnkişafFondunun həmsədri Almaz Mambetov deyib.

"Hazırda Qırğızıstanda və Azərbaycanda iri iqtisadi layihələrhəyata keçirilir. Qırğzıstanda xüsusən Çin-Qırğızıstan-Özbəkistandəmir yolu inşa olunur. Bu dəmir yolu Türkmənistana giriş imkanıyaradır və buradan Xəzər dənizi vasitəsilə mallar Azərbaycanaçatdırıla bilər ki, bu, həmçinin, Azərbaycan tərəfininmaraqlarındadır. Daha sonra, Qırğızıstandan daşınan yüklərAzərbaycan ərazisi vasitəsilə Avropa bazarlarına çatdırıla bilər",- Mambetov deyib.

Onun sözlərinə görə, Qırğızıstan Azərbaycan limanları vasitəsiləAvropaya ixrac imkanları barədə düşünməlidir.

Qeyd edək ki, 454 kilometr uzunluğundaÇin-Qırğızıstan-Özbəkistan dəmir yol xətti layihəsi Çin vəÖzbəkistanın dəmir yollarını Qırğızıstan ərazisi vasitəsiləbirləşməsi, daha sonra Avropa dəmir yol şəbəkəsinə qoşulması üçünnəzərdə tutulub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla