AZ

Avropada Rusiya və Çin casusları HƏBS EDİLİR - Britaniyadan növbəti SANKSİYA

Avropa ölkələrində həm Rusiya, həm də Çin casusları tutulur.

 

Sfera.az bildirir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzi məlumat yayıb. Bildirilib ki, Moskva ilə yanaşı, Pekinin də Avropa ölkələrində casus fəaliyyətini genişləndirməsi Brüsselin ciddi narahatlığına səbəb olub. Məlumata görə, son aylarda, həm Böyük Britaniya, həm də Almaniyada Çinə casusluq edən şəxslər həbs olunublar.

 

“Çinə bağlı casuslar Böyük Britaniyada sənaye müəssisələrinə və akademik mühitə müdaxilə edərək sirləri öyrənməyə çalışıblar. Casuslardan biri Böyük Britaniya parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Alicia Kirnsin köməkçisi olub və əvvəllər hazırda təhlükəsizlik naziri olan Tom Tugendhat tərəfindən yaradılan nüfuzlu beyin mərkəzi olan “Çin Araşdırma Qrupu”nda işləyib. Pekin Londonun iddialarını qəbul etməyib. Buna baxmayaraq, Böyük Britaniya hökuməti son üç ildə ilk dəfə olaraq Çin dövlətinə bağlı qurumlara qarşı sanksiyalar tətbiq etməyə qərar verib”.

 

Mərkəz qeyd edib ki, Almaniyada həbs edilən casuslar hərbi məqsədlər üçün sənaye məlumatlarını toplamaqda ittiham olunurlar:

 

“Həbs orderində bildirilib ki, tutulan şəxslərdən biri Çinin Təhlükəsizlik Nazirliyinin – onun gizli polis xidmətinin agenti kimi fəaliyyət göstərirdi. Həmin şəxs Almaniyada hərbi məqsədlər üçün istifadə oluna biləcək innovativ texnologiyalar haqqında məlumat əldə etməkdə ittiham olunur. Bu xəbər Almaniya kansleri Olaf Şoltsun Çinə başa çatan səfərindən sonra yayıldı. Halbuki, Olaf Şolts Çin lideri Si Cinpinlə iqtisadi əlaqələrin inkişafı mövzularında müzakirə aparmışdı. Ancaq Almaniyada casus qalmaqalı bu səfərin nəticələrinə mənfi təsir edib. Casuslar Almaniyanın Düsseldorf şəhərində həbs olunublar. Onlar bu şəhərdə fəaliyyət göstərən elm və tədqiqat sektorları ilə əməkdaşlıq edirdilər. Digət tərəfdən, həmin casuslar strateji sirlərin Çinə ötürülməsində Almaniya universitetlərinin imkanlarından da istifadə ediblər. Həmin universitetlərin Çin universitetləri ilə əməkdaşlıq müqavilələri mövcuddur”.

 

Günay

Seçilən
1
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17081
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16718
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15992
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14169
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13117
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9989
Çingiz Mustafayevin toyudur - FOTOLAR
8500
"Zaur, yenə çaşdın..." - VİDEO
8108
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6700
Minimum əmək haqqı nə qədər arta bilər?
6278
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5717
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5508
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
5334
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4760
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
4482
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4453
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4449
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO
3458
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3403