AZ

Aktrisadan “Cennet Mahallesi” ilə bağlı AÇIQLAMA: "Gördüm ki, onlar..." - FOTO

Türkiyənin məşhur aktrisası Melek Baykal Müjdat Gezenin "YouTube" proqramında qonaq olub.

 

Sfera.az xəbər verir ki, aktrisa 2004-2007-ci illər arasında yayımlanan “Cennet Mahallesi” serialında rol aldığı Çağla Şİkel və Alişan haqqında təəccüblü açıqlamalar verib.

 

O bildirib ki, layihə mərhələsində Çağla Şikel və Alişanla birgə rol almaq istəməyib.

 

“Rejissorun təkidi ilə onlarla birgə rol almaq qərarını qəbul etdim. Müğənni və model ilə rol almaq istəmirdim. Amma sonra gördüm ki, yanılmışam. Onlar bu işi layiqincə yerinə yetirdilər”.

 

Asya

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla