AZ

"Bu gün Paşinyan öncəki liderlərin fəlakətini təmizləməklə məşğuldur" - POLİTOLOQ

"Bu gün Paşinyan öncəki liderlərin fəlakətini təmizləməklə məşğuldur" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, son günlər Ermənistanda başlayan aksiyalar, etirazçıların strateji yolları bağlaması və polislə vətəndaşlar arasında yaşanan gərginlik İrəvanda yeni inqilab ehtimalını gündəmə gətirib. Bununla yanaşı, Ermənistan ordusunda həbçilərin istefası halları başlayıb. Orduda dağılmaların başlanması, o cümldən İrəvanda və Tavuşda kütləvi aksiyaların Paşinyan hakimiyyətinin sonunu gətirəcək?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turan Rzayev bildirib ki, Tavuş bölgəsində davam edən aksiyaların baş verməsi və hazırda davam edən mərhələ gözlənilən idi:

"Aydın məsələdir ki, "Dənizdən dənizə böyük Ermənistan" ideyaları ilə zəhərlənən bir xalqın şüurunu və fikrini, o cümlədən mövcud reallıqları dəyişmək o qədər asan deyil. Bu reaksiyalar Ermənistanda gedən dəyişimin sancılarıdır. Paşinyan hakimiyyəti üçün həqiqətən çətin vəziyyətdir. Bütün bunlar ondan öncəki "lider"lərin siyasətinin nəticəsidir. Bu gün Paşinyan onların buraxdığı fəlakəti təmizləməklə məşğuldur. Daha doğrusu Azərbaycanın bu məsələdə sərgilədiyi mövqe və hazırkı gücü Paşinyanı bu cür davranmağa vadar etdi. Belə olmasaydı Paşinyan özündən əvvəlkilər kimi fərqli siyasət yeritməzdi. Reallıq ondan ibarətdir ki, Paşinyan özü inqilab ilə hakimiyyətə gələn bir şəxsdir. Yəni hansı halda devriləcəyini, əslində biz onun hakimiyyətə gəldiyi zaman görmüşdük. Bu gün aksiyaların inqilaba çevrilməsinə va Paşinyanın devriləcəyinə inanmıram. Çünki xalqın böyük bir hissəsi hələ də Paşinyanı dəstəkləyir. Mövcud vəziyyətdən elə də narahat deyillər. Tavuş bölgəsindəki yerli sakinlər daha çox şəhərətrafı sakinlərdir. Onların intellektual səviyyəsi və dünyaya baxış bucağı 30 il əvvəlki ilə eynilik təşkil edir. Onların sayı azdır və təşkilatlanmaları o qədər güclü deyil. Bu baxımdan onların Paşinyana qarşı bir güc olacaqlarına və təzyiqə çevriləcəklərini düşünmürəm".

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla