Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Naftalanda Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkın ərazisində artıq ənənə halını almış növbəti ağacəkmə aksiyası keçirilib.
Parkın ərazisində 100-ə yaxın kedra, kiparis, lüqustur ağacları əkilib.
Şəhər ərazisində yaşıllıqların sayının artırılması istiqamətində keçirilən aksiya mütəmadi olaraq davam etdiriləcək.