AZ

Keniyada bəndin uçması nəticəsində 42 nəfər ölüb

Keniyada Kijabe bəndinin uçması nəticəsində 42 nəfər ölüb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, ölkənin cənubunda həftələrdir davam edən leysan yağışları və daşqınlar bəndin dağılmasına səbəb olub.

Hökumət sözçüsü İsaak Maiqua Mwaura mətbuata verdiyi açıqlamada bəndin çökməsi nəticəsində yaranan selin evlərə və yollara ziyan vurduğunu bildirib.

Axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən Mwaura, mart ayında yağan yağışların səbəb olduğu daşqınlar nəticəsində 103 nəfərin həyatını itirdiyini bildirdi.

Sel təhlükəsi olan ərazilərdəki evlər su altında qalıb, xeyli sayda insan məktəblərə sığınıb.

Ölkə daxilində ümumilikdə 200 mindən çox insan daşqınlardan zərər çəkib.

Qeyd edək ki, Keniyanın əsas hava limanı şənbə günü su altında qalıb.

Şəbnəm Mehdizadə

Seçilən
22
1
Mənbələr
Şərh ()
Bağla