AZ

“Millət vəkilinin Başkəndlə bağlı yanaşması səhvdir” – Politoloq

Deputat Rasim Musabəyov Başkəndin heç bir “strateji əhəmiyyəti” olmadığını bildirib. Bundan başqa deputat gələcəkdə sanki “mübadilə” olacaqmış kimi bir təəssürat yaradıb.

Ümumiyyətlə hazırda regionda həssas geosiyasi vəziyyət hakimdir. Azərbaycan 30 il sonra regionda reallıqları dəyişib. Qazaxın 4 qeyri-anklav kəndi bir güllə belə atılmadan Azərbaycana qaytarılıb. Delimitasiya prosesi uğurla davam edir və ən əsası prosesin davamı üçün sərhəd komissiyalarının görüşləri keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı qeyd etdi ki, “Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik”.

Belə bir zamanda “Başkənd” kimi həssas bir məsələyə toxunmaq və yanlış fikir səsləndirmək ciddi səhvdir. Məsələ təkcə “Başkənd” də deyil. Yəni prosesin bundan sonra necə olacağına dair konkret nəsə demək hələlik mümkün deyil. Bəli, sülh müqaviləsinə çox yaxınıq, amma ölkə başçısının da dediyi kimi, delimitasiya prosesi uzun bir məsələdir və sülh müqaviləsindən sonra da davam edə bilər. Bundan başqa regiondakı həssas siyasi və geosiyasi vəziyyəti də unutmaq olmaz.

Başkənd və digər mübahisəli məsələrə dair hələlik konkret yanaşma yoxdur. Azərbaycan rəsmi səviyyədə məsələ ilə bağlı açıqlama verməyib. Mübahisəli məsələlərin həlli danışıqlardan, təmaslardan asılıdır. Bakının necə bir yanaşma sərgiləyəcəyini zaman və təbii ki, danışıqların nəticəsi göstərəcək.

Rasim Musabəyov millət vəkili olaraq bu məsələlərə diqqət etməli, fikirlərini daşıdığı statusu nəzər alaraq səsləndirməli idi. Bu ictimai rəydə və qarşı tərəfdə yanlış təəssürat yarada bilər.

Ümumiyyətlə, bu yanaşma milli maraqlarımızın tam əksinədir. R. Musabəyovun birdən birə “Başkəndin heç bir srateji əhəmiyyəti olmadığını” deyərək kəndin “mübadilə obyekti” olması haqda təsəvvür yaratması da xüsusi ilə diqqət çəkir.

Buradan iki mümkün nəticə çıxır: Ya R.Musabəyovun milli təəssübkeşliyi yoxdur, ya da o, geosiyasi vəziyyəti düzgün analiz edə bilməyib.

Müəllif: Politoloq Turan Rzayev

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4354
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3833
Bu yol qovşağında təmir işləri aparılacaq
3368
Bakıda hoteldə yanğın başlayıb
2877
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1988
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1813
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1645
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1608
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1591
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1409
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1384
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1304
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1292
Azərbaycan nefti ucuzlaşıb
1271
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
1079
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1074
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
1073
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1068
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
1020
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
927