AZ

ABŞ Qafqazda dəyişikliyə hazırlaşır – BİZİM ŞƏRH

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh sazişinin bağlanması üçün artıq maneələr aradan qalxır. Proses intensivləşdikcə regionda marağı olan güc mərkəzləri də fəallaşır.

Son günlər ABŞ-ın fəallığı diqqət çəkən məqamlardan biridir. Sülhməramlıların, regiondan çıxması, sərhədlərin müəyyənləşdirilməsinə start verilmişi ABŞ-ı da hərəkətə gətirib. Bu hərəkətliliyin əsas impulsu isə çox güman ki, Azərbaycan prezidentinin Moskvaya səfəri verdi.

Aydındır ki, ABŞ regionda baş verənləri kənardan dayanıb izləmək istəmir. Bəzən hadisələrin içərisində olmaq şansını itirsə də, bu şansları yenidən qaytarmaqda maraqlıdır.

ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidentinə növbəti zəngi də ABŞ-ın regionda baş verənlərə biganə olmadığının göstəricisidir.

Müzakirə olunan spektr geniş olsa da əsa diqqət sözsüz ki, Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar və sülh prosesinə yönəlib. Bunun da çox sadə bir səbəbi var. Regionun gələcək taleyi Azərbaycan-Ermənistan sülh prosesindən asılıdır. İki ölkə arasında sülh olarsa regionun həm siyasi, həm iqtisadi, həm də hərbi mənzərəsi tamam dəyişmiş olacaq.

ABŞ məhz b dəyişikliyə hazırlaşır.

Herbiand.az

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla