AZ

İlk üç yeri tutanlar birlikdə mükafatlandırılmayacaq

Ölkə kubokunun finalına yüksələn “Qarabağ” və “Zirə” ikinci dəfə həlledici görüşdə üz-üzə gələcək. Bu komandalar 2021/22 mövsümündə də finalda qarşılaşıb.

Bəs kubokun təşkili ilə bağlı yeni bir ideyalar varmı? Yeri gəlmişkən, çempionatın mükafatlandırılması ilə bağlı planlar dəqiqləşdimi? PFL-in media və marketinq direktoru Sənan Abdullayev “Futbol+”in bununla bağlı suallarını belə cavabladı:

“Hələlik ötənilki planlara uyğun tədbir düşünürük. Hansısa əyləncəli tədbir və ardından final matçı. Avqustdan bəlli idi ki, üç komanda birlikdə mükafatlandırılmayacaq. Bu mövsüm ancaq çempion mükafatlandırılacaq. Premyer liqada 1-ci yer tutmuş komandaya Azərbaycan çempionu fəxri adı, qızıl medallar və xüsusi kubok verilir. Ona görə də sonuncu ev oyununda yalnız “Qarabağ” mükafat alacaq. Bunlar hamısı ötən ilin avqustunda müəyyənləşib”.

ƏSƏD SEYİDOV
Seçilən
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq