AZ

İki lider bank 100 milyon manatdan çox - ƏMƏLİYYAT MƏNFƏƏTİ ƏLDƏ EDİB

Cari ilin ilk rübündə əməliyyat mənfəəti ən yüksək və ən aşağı olan bankların adları məlum olub.

FED.az bu barədə bankların əməliyyat mənfəətinin həcmi üzrə hazırladığı renkinqə istinadən xəbər verir.

Belə ki, ilk rübün nəticələrinə görə “Azərbaycan Beynəlxalq Bankı-ABB” 137 milyon 165 min manat mənfəətlə lider olub.

“Azərbaycan Beynəlxalq Bankı-ABB”dən sonra ikinci pillədə “Kapital Bank” olub. Bankın əməliyyat mənfəəti 113 milyon 852 min manat təşkil edib.

Üçüncü pillədə isə 68 milyon 36 min manat göstərici ilə “Paşa Bank” qərarlaşıb.

 “Xalq Bank”ın əməliyyat mənfəəti 22 milyon 254 min manat təşkil edib.

İki bankın əməliyyat mənfəəti 17, iki bankın əməliyyat mənfəəti isə 16 milyon manatı keçib.

Göstəriciləri aşağı olan bank isə 709 min manat əməliyyat mənfəəti əldə etmiş “Naxçıvanbank” ASC olub.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla