AZ

Geomaqnit sahəsinin qeyri-stabil olacağı gözlənilir

Bakı, 29 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəş fəallığı orta səviyyədə olub. Hazırda Günəş küləyinin sürəti 460 kilometr/saniyə təşkil edir.

Aprelin 29-dan mayın 5-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 35 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faizdir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalması gözlənilir.

Günəş küləyinin tac kütlə atılmalarının və yüksəksürətli tac dəliyi zərrəciklərinin təsiri ilə sürətlənəcəyi proqnozlaşdırılır. Bunların təsirı ilə geomaqnit sahəsinin qeyri-stabil olacağı gözlənilir.

Seçilən
19
1
Mənbələr
Şərh ()
Bağla