AZ

ABŞ-də tornado kabusu: 5 ölü

ABŞ-də ötən həftə başlayan və şiddətlənməyə davam edən tornado fəlakətində ölənlərin sayı 5-ə yüksəlib. Tornadonun təsirinə məruz qalan ərazilərdə böyük dağıntılar baş verib.

Bakupost.az xəbər verir ki, ABŞ-nin mərkəzi bölgələrini güclü tornadolar vurub. Əsasən Oklahoma ştatında baş verən tornadolar nəticəsində ölən və yaralananların sayı artıb. Ştatın 12 bölgəsində fövqəladə vəziyyət elan edilib.

Ştatlarda güclü külək, dolu və daşqınlar nəticəsində evlərə və iş yerlərinə böyük ziyan dəyib.

Tornado səbəbindən çoxlu ağaclar aşıb, yollar bağlanıb. Qırılan elektrik naqilləri və dirəklərin aşması səbəbindən 24 mindən çox insan işıqsız qalıb.

Fəlakət bölgələrində axtarış və zərərin qiymətləndirilməsi işləri davam edərkən, köçkünlər üçün sığınacaqlar yaradılıb. Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi Oklahomada ən azı 16 evin dağıldığını açıqlayıb.


Elnur
BakuPost
Seçilən
11
Mənbələr
Şərh ()
Bağla