AZ

Atalar və oğullar

Eyni vaxtda bir komandada çıxış edən ata və oğulların siyahısı müəyyənləşib.

İdman.biz xəbər verir ki, İFFHS-in açıqladığı siyahıda 12 ailə təmsil olunub.

Onlardan bir cütü hazırda da “Vikinqur”da çiyin-çiyinə çıxış edirlər. Atli Qreqersen və oğlu Arni Atlason artıq 21 matçda eyni vaxtda meydanda olublar.

Bu, XXI əsrin ikinci göstəricisidir. “Fulafyordur”da oynayan digər farerlilər Yakup Mikkelsen və Poul Mikkelsen 35 oyunda birgə iştirak ediblər.

İFFHS-in siyahısında iki oğlu ilə komanda yoldaşı olan iki futbolçu da yer alıb. Kelli Foster Barbados millisinin heyətində həm Artur Kolin Foster, həm də Reyn Fosterlə komanda yoldaşı olub.

Finlandiyalı Aleksey Yeryomenko HİK-in heyətində kiçik Aleksey Yeryonenko, “Yaro”da Roman Yeryomenko ilə çıxış edib. Digər ata-oğullardan bir cütü millidə oynayıbsa, qalanları klublarda komanda yoldaşı olublar.

Siyahıda bir cüt də yer alıb ki, onlar yalnız bir dəfə eyni oyunda iştirak ediblər. Məhz bir-birini əvəzlədikləri üçün eyni anda meydanda olmayıblar. İslandiya millisinin 1996-cı ildə Estoniyaya qarşı matçda 62-cı dəqiqədə Arnor Qudyonseni oğlu Eydur Qudyonsen əvəzlənib.

İdman.biz

Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq