AZ

Şotlandiyanın birinci naziri istefa verib

Şotlandiyanın

London, 29 aprel, AZƏRTAC

Şotlandiyanın birinci naziri və Şotlandiya Milli Partiyasının lideri Hamza Yusif istefa verib.

AZƏRTAC xəbər verir ki, o, bu qərarını rəsmi iqamətgahı olan Edinburqdakı “Bute House”da keçirilən mətbuat konfransında açıqlayıb və qeyd edib ki, siyasi uçurumlar arasında münasibətlər yalnız başqasının idarəçiliyi ilə düzələ bilər.

2021-ci ilin avqustundan bəri Şotlandiya hökuməti Şotlandiya Milli Partiyası və Şotlandiya Yaşıllar Partiyası arasında imzalanmış Buta sazişi əsasında idarə edilirdi. Ancaq iki partiyanın bir çox məsələlərdə fərqli fikirlərdə olması səbəbindən Hamza Yusif ötən həftə bu sazişi ləğv etdiyini bildirmişdi.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq