AZ

İstehlaka yararsız quru qovun və bamya toxumu məhv edilib

Bakı, 29 aprel, AZƏRTAC

“PROLETE 2005” MMC-nin Özbəkistandan idxal etdiyi “Ooo progress zero infinity'' müəssisəsinin istehsalı olan ümumi çəkisi 732 kiloqram quru qovun məhsulundan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları fiziki şəxs Abdullayev Rəşid Şaban oğlunun Türkiyədən idxal etdiyi “Süha Küçükali Bibak Dış Ticaret və Pazarlama” müəssisəsinin istehsalı olan ümumi çəkisi 200,40 kiloqram bamya toxumu məhsulu partiyalarından nümunələr müayinə üçün həmin laboratoriyalara verilib.

Müayinələr nəticəsində hər iki məhsul partiyalarında “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

İstehlaka yararsız qida məhsulları məhv edilib.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla