AZ

İsrail Qəzza və Rəfaha zərbə endirdi 

Aprelin 29-na keçən gecə İsrail Qəzza zolağına bir sıra hava zərbələri endirib, Qəzza və Rəfah şəhərlərini vurub. Vətəninfo.az xəbər verir ki , bu barədə ərəb KİV-ləri məlumat yayıb.

Fələstinin WAFA agentliyi səhiyyə orqanlarının məlumatlarına istinadən, İsrailin Qəzza şəhərinin qərbində yaşayış binasını bombalaması nəticəsində aralarında uşaq və qadınların da olduğu 5 nəfərin həlak olduğunu, daha 10 nəfərin isə yaralandığını bildirib.

Rəfahda, müxtəlif KİV-lərin məlumatına görə, hava hücumları nəticəsində uçan 3 binada 13-15 nəfər ölüb.

WAFA-nın məlumatına görə, İsrailin raket atəşi nəticəsində Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nuseyrat qaçqın düşərgəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Oktyabrın 7-də Fələstinin HƏMAS radikal hərəkatının yaraqlıları İsrailə hücum edərək 1200 nəfəri öldürüb, 253 nəfəri əsir götürüb. Hələ də HƏMAS-da 130-a yaxın girov qalır. İsrail Qəzza zolağında cavab hərbi əməliyyatlarına başlayıb, nəticədə yerli hakimiyyət orqanlarının məlumatına görə, qurbanların sayı 34 450 nəfərə çatıb ki, onların da əksəriyyəti qadın və uşaqlardır. Ən azı 77 500 nəfər yaralanıb.

Aprelin əvvəlində İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasını asanlaşdırmaq və yardımın həcmini artırmaq üçün nəzərdə tutulmuş yeni keçid məntəqələrinin açıldığını elan edib.

Seçilən
6
35
Mənbələr
Şərh ()
Bağla

Reytinq