AZ

Azyaşlıların makiyajdan istifadəsi: Həkimlər nə məsləhət görür...

Artıq makyaj etməyin yaşı 18-dən aşağı enib. Bu ciddi xəstəliklərə səbəb ola bilir.

Yenisabah.az xəbər verir ki, inkişaf yaşında olan gənclər “gözəlləşdirmə” xatirinə makiyaj və kosmetik vasitələrdən həddən artıq istifadə edirlər. Lakin bu, ciddi dəri problemləri yaradır.

Mütəxəsisslər bildirirlər ki, kiçik yaşlardan kosmetik məhsullardan çox istifadə etmək dəri baryerinin zədələnməsinə səbəb olur.

Hazırda 18 yaşından kiçik gənclər arasında makiyaj çılğınlığı xeyli artıb. Bu dəri ləkələri, ekzema və səpgilər, göz qapaqlarının şişməsi kimi problemlərin artmasına səbəb olur.

Dermatologiya mütəxəssisi doktor Elif Afacan Yıldırım makiyaj materiallarının inkişaf çağında olan fərdlərdə dəri baryerinə zərər verə biləcəyini ifadə edib:

“Son zamanlar qıcıqlanma, səpgi və ekzema dediyimiz halları 18 yaşından kiçik gənclərdə belə görə bilirik. Buna görə də makiyajın uşaq yaş qrupunda da istifadəsini tövsiyə etmirik, mümkün qədər yüngül olan məhsullar istifadə edin".

Ekspert uşaqların sosial mediada gördükləri və ya bəzi reklamlardan təsirləndikləri məhsulları alıb tətbiq etdiklərini müşahidə edib. Dəri bariyerinin pozulmasının qarşısını almaq üçün istifadə edilən makiyaj materiallarının dəri tipinə uyğun olması lazım olduğunu ifadə edib:

“Makiyajdan sonra dərinin təmizlənməsi və təmizləyici vasitənin uyğunluğu çox önəmlidir. Dərini qıcıqlandırıcı və qabıqlaşdırıcı xüsusiyyətlərə malik məhsullarla təmizləyəndə də problemlərlə rastlaşa bilirik. Dərini tipimizə uyğun təmizləyici məhsulla gündə 2 dəfə təmizləməliyik”.


Telegram kanalımız
Seçilən
11
Mənbələr
Şərh ()
Bağla