AZ

Millimiz yoxlama oyununda qalib gəldi – FOTO

Montoneqroda təlim-məşq toplanışında olan mini futbol üzrə milli komandamız yoxlama oyunu keçirib.

Bizim.Media xəbər verir ki, yığmamız bu ölkənin millisi ilə qarşılaşıb. 

Oyun 2-0 hesabı ilə futbolçularımızın xeyrinə başa çatıb. Qolları Mirkamil Əliyev və Eşqin Tağıyev vurub. 

Qeyd edək ki, millimizin toplanışı iyun ayında keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.








Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla

Reytinq