AZ

Hindistanda DƏHŞƏTLİ QƏZA: 9 ölü, 22 yaralı var

Hindistanın Çhattisqarh ştatında baş verən yol qəzası nəticəsində 9 nəfər ölüb, 22 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, furqonlu avtomobilin yük maşını ilə toqquşması nəticəsində 3 uşaq və 6 qadın ölüb. Yeddi nəfərin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
26
3
Mənbələr
Şərh ()
Bağla