AZ

Generallar seçim qarşısında: “Putin nüvə düyməsini bassa...”

Rusiya lideri Vladimir Putin nüvə müharibəsinə başlamayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski “Bild”ə deyib.

Onun sözlərinə görə, Putinə nüvə müharibəsinə başlamaq elə də asan deyil.

“Düyməni basmaqla bunu edə bilməz, generallarını belə bir əmri yerinə yetirməyə inandırmalıdır. Bu generallar da bilirlər ki, belə bir əmri yerinə yetirmək hərbi cinayətkar olmaq deməkdir. Həmin an seçim qarşısında qalacaqlar: ya belə bir əmri yerinə yetirmək, ya da Putindən qurtulmaq”, - Sikorski bildirib.

Alman hərbi ekspert Karlo Masala da oxşar fikirdədir:

“Rusiya nüvə silahlarının istifadəsi ilə bağlı qərar qəbuletmə zənciri haqda çox şey bilmirik. Amma məlumdur ki, Putin qərarları təkbaşına vermir. Taktiki nüvə silahları məsələsində ona komandirlərin dəstəyi lazımdır, ola bilsin, komandadan kimsə Putinin qərarını dəstəkləməsin”.

Öz növbəsində nüvə silahı üzrə ekspert Frank Zauer bildirib ki, Rusiyanın nüvə hazırlığı diqqətdən kənarda qalmamalıdır:

“Döyüş meydanında nüvə silahından istifadə üçün hər hansı bir hərəkət və hazırlıq olubsa, bunu sezmək olardı”.

Xarici siyasət eksperti Tomas Yeqer hesab edir ki, Rusiyanın nüvə zərbəsi saysız-hesabsız eskalasiyalara səbəb olacaq:

“ABŞ artıq bu məsələdə qətiyyətli tədbirlər görəcəyi ilə hədələyib. Bundan əlavə, Rusiya nüvə silahından istifadə etməklə özünü beynəlxalq səviyyədə tamamilə təcrid edəcək, Çin də bu addımı dəstəkləmədiyini açıq şəkildə bəyan edib”.

Yeqerin iddiasına görə, Putin nüvə silahından ilk növbədə çəkindirmə vasitəsi kimi istifadə edir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
21
50
Mənbələr
Şərh ()
Bağla