AZ

Astanadan Ukraynaya silah satışı ilə bağlı açıqlama

"Köhnə hərbi təyyarələrinin Ukraynaya satılması ilə bağlı iddialar həqiqəti əks etdirmir".

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Qazaxıstanını ordusu ilə işləyən dövlətə məxsus “Kazspetseksport” şirkəti bəyan edib.

Qeyd edək ki, sosial mediada Qazaxıstanın Ukraynaya 117 ədəd təyyarə satdığı bildirilib.
“Kazspetseksport” şirkətindən verilən açıqlamada isə iddialar təkzib edilib:

“Məcburi ləğvetmə şərtləriylə aviasiya texnikasının satışı ilə bağlı bütün tenderlər keçirilib. Bu tenderlər səlahiyyətli qurumlar tərəfindən verilmiş müvafiq lisenziyalara malik olan şirkətlər arasında mövcud qanunvericiliyə uyğun olaraq keçirilir. Xarici şirkətlərin açıq satışlarda iştirakına icazə verilmir”.

Açıqlamada avadanlıqların məhv edilməsi prosesinin tam nəzarət altında olduğu, bütün təyyarələrin satış müqavilələrinə uyğun olaraq, ölkə daxilində sökülərək xaricə ixrac edildiyi bildirilib.

Qeyd edək ki, Qazaxıstan Sənaye və Tikinti Nazirliyi ötən ilin noyabr ayında verdiyi açıqlamada orduya aid 117 döyüş təyyarəsinin satışa çıxarıldığını açıqlamışdı. Açıqlamada bu döyüş təyyarələrinin yaşlarına görə artıq istifadə edilə bilməyəcəyi və üçüncü şəxslərin əlinə keçməməsi üçün məhv edilməli olduğu bildirilib.

Vasif,
BakuPost
Seçilən
17
Mənbələr
Şərh ()
Bağla