AZ

Fətəliyeva ilk təəssüratlarını "FutbolPress"lə bölüşdü: "Sevincli və qürurluyam"

Azərbaycanlı qadın şahmatçı Ülviyyə Fətəliyeva Avropa birinciliyində çempion olub. Xanım zəka sahibi şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı şahmatçı kimi tarixə düşüb.

Fətəliyeva çempion olduqdan sonra ilk təəssüratlarını "FutbolPress"lə bölüşdü:

"Şəxsi Avropa çempionatında ilk dəfə mən qızıl medal qazandım. Hazırda hisslərimiz sözlə ifadə edə bilmirəm. Sevincli və qürurluyam. Mənə göstərilən diqqət və dəstəyə görə hər kəsə təşəkkür edirəm".

27 yaşlı şahmatçı 10 turdan sonra 8.5 xal toplayaraq rəqibləri üçün əlçatmaz olub.

Məlik Məlikov
Seçilən
18
Mənbələr
Şərh ()
Bağla