AZ

Masallıda mədəniyyət işçilərinin iştirakı ilə seminar-müşavirə keçirilib

Bu gün, aprelin 29-da Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin şəbəkəsinə daxil olan müəssisə əməkdaşlarının iştirakı ilə seminar-müşavirə keçirilib.
Seminarda Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Salman Yunisov iştirak edərək müəssisə əməkdaşlarına müvafiq tövsiyələrini verib.

Sonra seminar-müşavirə Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin direktor əvəzi Ceyhun Bəşirovun iştirakı ilə davam edib, görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Daha sonra mərkəzin bədii rəhbəri Sakit Müslümovun ay ərzində keçirilən tədbirlər haqqında hesabatı dinlənilib.
Yekunda mədəniyyət sahəsində mövcud problemlər dinlənilib, suallar cavablandırılıb və səsləndirilən təkliflər qeydə alınıb.

Yekunda C.Bəşirov tərəfindən mövcud problemlərin həlli üçün mədəniyyət müəssisələrinin rəhbərlərinə konkret tapşırıqlar verilib.

ƏLİHÜSEYN ŞÜKÜROV

Seçilən
2
Mənbələr
Şərh ()
Bağla