AZ

“Qazaxıstan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə vasitəçi olmayacaq”


“Qazaxıstan hakimiyyəti Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Almatıda görüşünü təşkil edərkən danışıqlarda vasitəçi rolunu oynamayacaq”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə bildirib.
“Biz Almatıda belə danışıqları planlaşdırırıq. İndi biz Azərbaycan və Ermənistandakı həmkarlarımızla əlaqə saxlayırıq. Qarşıdakı danışıqlar yalnız tərəflər arasında aparılacaq. Qeyd etmək istərdim ki, biz Astananın vasitəçiliyindən danışmırıq, biz yalnız xoşməramlı xidmətlər təqdim edirik”, - Smadiyarov bildirib.
O, həmçinin bildirib ki, əgər hər iki tərəf sülhə nail olsa və sülh müqaviləsi burada imzalansa, bu, bütün regiona müsbət təsir edəcək.
Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla