AZ

Ər-Riyadda premyera: Ərəbistana opera gəldi

Səudiyyə Ərəbistanının ilk möhtəşəm operasının premyerası Ər-Riyadda baş tutub.

Publika.az xəbər verir ki, Kral Fəhd Mədəniyyət Mərkəzində nümayiş etdirilən "Zərqa Əl Yamama" operası İslamdan əvvəlki Ərəbistanda gələcəyi qabaqcadan görmək qabiliyyətinə malik bir qəbilə başçısının hekayəsindən bəhs edir.

Əsərin ərəbcə sözləri səudiyyəli şair Saleh Zamanana, musiqisi avstraliyalı bəstəkar Li Bradşova məxsusdur. Operada baş rolu ifa edən britaniyalı sənətçi mezzo-soprano Dame Sarah Connolly ərəb dilində mahnı oxumaq üçün aylarla dil öyrəndiyini bildirib.

Doqquz əsas roldan üçünü Səudiyyə əsilli opera müğənniləri ifa ediblər.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla