AZ

Kamran Əliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb-FOTO

Aprelin 29-da Baş prokuror ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluqdan “İki sahil”ə verilən xəbərə görə, Kamran Əliyev qonağı salamlayaraq, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində ən yüksək müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.

Baş prokuror Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Türkiyə dövlətinin və xalqının siyasi və mənəvi dəstəyinə görə təşəkkürünü ifadə edib. Kamran Əliyev ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində işğal dövründə ermənilərin xalqımızın tarixi, dini və mədəni abidələrinə qarşı törətdikləri vəhşiliklərin və onların fəsadlarının aradan qaldırılması istiqamətində Qarabağda aparılan sürətli quruculuq-bərpa işləri barədə qonağa məlumat verib.

Kamran Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə məlumat verib.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən Muharrem Kılıç ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin yüksək səviyyədə inkişaf etməsi və səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirib.

Görüş zamanı tərəflər insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə edərək, birgə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

 

Seçilən
21
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28680
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27250
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
20829
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18202
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14844
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
10576
Sabah 20 dərəcə isti olacaq
10271
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
9554
May ayında Azərbaycana qar yağdı - VİDEO
9061
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8921
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8615
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7562
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7245
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7217
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6967
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6845
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6682
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6660
Azərbaycan nefti ucuzlaşıb
6319
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6310