AZ

Magistraturaya qəbul imtahanlarında suallar çətinləşdirildi: Ballar enəcək? – NARAZILIQ

“Magistratura təhsil səviyyəsinə keçirilən qəbul imtahanının suallarının çətin salınması imtahan iştirakçıları arasında ciddi narazılığa səbəb olub”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ötən gün magistratura təhsil səviyyəsinə keçirilən qəbul imtahanlarının çətinliyindən yaranan narazılıq haqda danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib.

Onun sözlərinə görə, bu, bakalavr təhsil səviyyəsini bitirərək, magistr səviyyəsinə qəbul olmaq istəyənlərin ixtisas seçiminə öz mənfi təsirini göstərəcək.

“Bu il ali təhsil müəssisələrinin magistratura təhsil səviyyəsinə keçirilən qəbul imtahanlarının həm birinci, həm də ikinci cəhdinin suallarını təhlil etsək, test tapşırıqlarının əvvəlki illərlə müqayisədə çətin olduğunu müşahidə edə bilərik. Magistratura təhsil səviyyəsinə keçirilən qəbul imtahanının suallarının çətin salınması imtahan iştirakçıları arasında ciddi narazılığa səbəb olub. Bu da bakalavr təhsil səviyyəsini bitirərək, magistr səviyyəsinə qəbul olmaq istəyənlərin ixtisas seçiminə öz mənfi təsirini göstərəcək. Keçən illə müqayisədə orta bal cari ildən kifayət qədər yüksək idi. Təbii ki bu müəyyən ixtisaslarda balların daha aşağı enməsinə, hətta minumum ballarla magistratura təhsil səviyyəsinə qəbul olmağın mümkünlüyünü qaçılmaz edir”, – deyə o əlavə edib.

Ekspert qeyd edir ki, illər ərzində sualların ağırlıq səviyyəsinin mütamadi olaraq süni şəkildə çətinləşdirilməsi yaxşı hal deyil:

“Hesab edirəm ki, magistratura səviyyəsinin plan yerlərininn tam olaraq dolması üçün bu addım atılıb. Yəni, yüksək bal toplayanların az olması sayəsində, aşağı bal toplayanların magistr səviyyəsinə qəbul olmalarını təmin etmək üçün bu addım atılıb. Əslində, süni şəkildə qəbul imtahanlarının çətinləşdirilib-asanlaşdırılması beynəlxalq təcrübədə qəbul olunmayan bir addımdır. Bu imtahanı keçirən qurumun ciddiyyətini aşağı salır. Fikrimcə, illər ərzində sualların ağırlıq səviyyəsini mütamadi olaraq süni şəkildə çətinləşdirilməsi yaxşı hal deyil. Bu insanların Azərbaycanda keçirilən imtahanlara inamını və imtahanlara olan etibarlılığını aşağı salır.

Mütəxəssis əlavə edib ki, bu gün Azərbaycanda magistratura təhsil səviyyəsinə imtahan verən şəxslər az bal topladıqlarına görə öz təhsillərini xarici ölkələrdə davam etdirməyə çalışacaqlar:

“Bu da ölkəmizdən kənara beyin, maliyyə axınının olması deməkdir. Xüsusilə məntiq fənnindən təqdim edilən test tapşırıqlarının ağırlıq səviyyəsi çox, sualların həcmi geniş idi.

Tələbələr həqiqətən bu sualları cavablandırmaqda xeyli vaxt ititriblər. Sualların süni şəkildə çətinləşdirilməsi ümumi qəbul olanlara da öz təsirini göstərəcək. Bu da ali təhsil müəssisələrinə daha aşağı ballarla qəbulların həyata keçməsinə, həmçinin plan yerlərinin boş qalmasına gətirib çıxaracaq”.

İsmayıl Bakuvi

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26532
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26230
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18126
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
16715
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14382
Sabah 20 dərəcə isti olacaq
9637
May ayında Azərbaycana qar yağdı - VİDEO
8814
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8572
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8481
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8113
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7217
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7143
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6961
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6862
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6522
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6459
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6438
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6024
Azərbaycan nefti ucuzlaşıb
5977
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5840