phrase_var_article.
7NEWS.az xəbər verir ki, ABŞ-ın Nebraska, Oklahoma və Ayova ştatlarında güclü tufan və tornado təsirli olub. Böyük dağıntılara ötən həftənin cümə və şənbə günləri baş verən tornadolar səbəb olub. Oklahoma Fövqəladə Vəziyyət İdarəsindən verilən açıqlamada Holdenvildə 4 aylıq körpə də daxil olmaqla 2 nəfərin, Marietta şəhərində isə əyalətlərarası avtomobil yolunda bir nəfərin öldüyü bildirilib.
7NEWS.az