AZ

Şotlandiyanın baş naziri istefa verib

Şotlandiyanın baş naziri və Şotlandiya Milli Partiyasının lideri Həmzə Yusif parlamentə etimadı itirdiyinə görə hökumət başçısı vəzifəsini tərk edəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə bir neçə məlumatlı mənbəyə istinadən “The Times” qəzeti yazıb.

Nəşrin məlumatına görə, siyasətçinin ölkəni parlament azlığı ilə idarə etmək üçün Şotlandiya Milli Partiyasının və Yaşıllar arasında hakimiyyət bölgüsünü dayandırmaq istəyi fonunda hökumət yaxın vaxtlarda Yusifə etimadsızlıq səsverməsi verəcək.

Deyilənlərə görə, Baş nazir belə reaksiyaya hazır deyildi deyə... istefa vermək qərarına gəlib.

“The Times”ın mənbələri deyir ki, Yusif həftə sonu vəziyyətini nəzərdən keçirib və yaxınları ilə məsləhətləşib.

Yenə də deyilənlərə görə, Şotlandiya Milli Partiyasının üzvü Con Svinni Şotlandiyanın müvəqqəti baş naziri ola bilər. Hələliksə, Yusifin qərarını tezliklə ictimaiyyətə açıqlayacağı gözlənilir.

Xatırladaq ki, Həmzə YusifŞotlandiyanın İslamı qəbul edən ilk baş naziri olub.

O, ölkənin Avropa Birliyinə reinteqrasiyasının tərəfdarıdır və Böyük Britaniyanın proteksionizminə mənfi münasibət bəsləyir.

Nazlı

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla