AZ

Bakıda beynəlxalq oyun festivalı keçiriləcək

Bakıda

Bakı Kristal Zalında 1-2 iyun 2024-cü ildə beynəlxalq oyun festivalı keçiriləcək. Festivalda klassik oyunlardan tutmuş virtual reallığın ən son yenilikləri, kiberidman, kospley, K-pop rəqsləri, musiqi təqdim ediləcək.

Reyting.az
-ın məlumatına görə, festival çərçivəsində, interaktiv əyləncəyə həsr olunmuş ikinci beynəlxalq konfrans təşkil olunacaq. Konfrans video-oyun sənayesinin peşəkarları, investorlar, bu perspektivli sahə ilə maraqlanan iş adamları üçün nəzərdə tutulub.

Konfransda video-oyun sənayəsində mövcud vəziyyət, tendensiyalar və maliyyələşdirmə strategiyaları və digər aktual mövzular ətarfında fikir mübadiləsi aparılacaq, Xsolla və Metapro nümayəndələri, video-oyun sənayesinin görkəmli şəxslərinin məruzələri dinləniləcək.

Bütün təqdimatlar və müzakirələr ingilis dilində aparılacaq.

Qeyd edək ki, “GameSummit Summer-2024” Azərbaycanda üçüncü belə tədbirdir və hər dəfə keçiriləndə regionda böyük hadisəyə çevrilir. Festival video oyunlara və müasir əyləncə formalarına sevgini ifadə etmək üçün platforma təqdim edir. Tədbir oyun yaradıcılarına, müstəqil tərtibatçılara istedadlarını nümayiş etdirmək və peşəkarlarla, məşhur oyunçularla görüşmək, əlaqə qurmaq imkanı yaradır.

Onu da qeyd edək ki, konfrans GameSummit festivalının açılışı iyunun 1-də saat 9:00-14:00-da olacaq. Konfransa daxil olmaq üçün VIP bilet tələb olunur. Öz oyununun demo versiyasını təşkilatçılara göndərən hər kəs üçün giriş pulsuzdur.

Biletləri aşağıdakı linkdən əldə etmək olar:

My Webpage
Seçilən
62
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq