AZ

ABŞ iqtisadiyyatı ilə bağlıXƏBƏRDARLIQ

Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva bildirib ki, ABŞ iqtisadiyyatının cari yüksək inkişaf tempi nümayiş etdirməsinin sonuna çox vaxt qalmayıb.

“İki sahil” “RİA Novosti”yə istinadla xəbər verir ki, o, bu barədə Avropa İttifaqının büdcə konfransında açılış nitqi zamanı bildirib.

“ABŞ iqtisadiyyatı hələ də tam gücü ilə işləyir, lakin bunun uzun sürəcəyi ehtimalı azdır”, - deyə BVF rəsmisi bildirib.

BVF rəhbərinin qeyd etdiyi kimi, ABŞ-da artım böyük özəl investisiyalar hesabına təmin edilir.

Bundan əvvəl amerikalı sahibkar İlon Mask bildirmişdi ki, gələcəkdə ABŞ-ın federal büdcəsi borclar üzrə faizlərin ödənilməsindən başqa heç nə üçün kifayət etməyə bilər.

Seçilən
125
48
Mənbələr
Şərh ()
Bağla